Birxeber.az / Ermənistan hökuməti Aİ missiyasının statusu haqda sazişin ratifikasiyasına baxacaq

Ermənistan hökuməti Aİ missiyasının statusu haqda sazişin ratifikasiyasına baxacaq

24-01-2024, 13:50

Ermənistan hökuməti Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında sazişin ratifikasiyası məsələsinə baxacaq.

Birxeber.Az erməni Telegram kanallarına istinadən xəbər verir ki, bu məsələ Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib.

Aİ-nin Ermənistandakı müşahidə missiyasının statusu haqqında Saziş 2023-cü ilin noyabrında imzalanıb. Sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos imzalayıb.

Geri qayıt