Birxeber.az / Rusiyanın neft və qaz ehtiyatları artıb

Rusiyanın neft və qaz ehtiyatları artıb

24-01-2024, 13:50

Ötən il aparılan geoloji kəşfiyyat işlərinin nəticələrinə əsasən Rusiyada neft və kondensat ehtiyatları 550 mln. ton, təbii qaz ehtiyatları isə 705 mlrd. kubmetr artıb.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə Rusiya mətbuatı Ehtiyatlar üzrə Dövlət Komissiyasına istinadən məlumat yayıb.

Komissiya onu da qeyd edib ki, 2023-cü ildə ölkədə 43 karbohidrogen yatağı aşkar edilib.

Geri qayıt