Birxeber.az / “Fənərbaxça” Türkiyə Kubokunda mübarizəni dayandırıb

“Fənərbaxça” Türkiyə Kubokunda mübarizəni dayandırıb

28-02-2024, 07:50

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.

APA xəbər verir ki, açılış oyununda "Fənərbaxça" "Ankaragücü"nün qonağı olub. Rəqibinə 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirlə vidalaşıb.

Meydan sahiblərinin heyətində qolları Olimpiu Morutsan, Anastasios Çatzicovannis və Geri Rodriges vurublar.

Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi məhz "Fənərbaxça" klubu olub.

Geri qayıt