Birxeber.az / Ağ ev: ABŞ Ukraynaya qoşun göndərməyəcək

Ağ ev: ABŞ Ukraynaya qoşun göndərməyəcək

27-02-2024, 22:40

Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərməyəcək.

“Birxeber.Az” AFP-yə istinadən xəbər verir ki, bu barədə Ağ evin Milli təhlükəsizlik şurasının nümayəndəsi Edrien Uotson söyləyib.

Sözçünün sözlərinə görə, “Prezident Bayden ABŞ-nin Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə söyləyib”.

Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşunların göndərilməsinin mümkünlüyünü bildirib.

Geri qayıt