Birxeber.az / Astanada Suriya böhranına həsr olunmuş XXI sammit işə başlayıb

Astanada Suriya böhranına həsr olunmuş XXI sammit işə başlayıb

24-01-2024, 13:40

Qazaxıstanın paytaxtı Astanada Suriya böhranına həsr olunmuş XXI sammit işinə başlayıb.

“Birxeber.Az” xəbər verir ki, iclasda Türkiyəni xarici işlər nazirinin müavini Ahmet Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İclasda Rusiya Prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev, İran isə Xarici İşlər Nazirliyinin siyasi işlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Şam hakimiyyətindən xarici işlər nazirinin müavini Bassam Sabbagh, müxalifətdən isə Əhmət Tuma müzakirələrdə iştirak edirlər.

Həmçinin, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin köməkçisi Nəjat Roçdi və müşahidəçi ölkələr olan İraq, Liviya, İordaniya nümayəndələri də iclasa qatılıblar.

Müzakirələr 2 gün davam edəcək. Nümayəndə heyətləri Suriyadakı mövcud durum, ölkənin bərpası və humanitar səylər barədə fikir mübadiləsi aparacaqlar. Habelə, Suriyada terrorla mübarizə, girovların azad edilməsi, itkinlərin axtarılması kimi məsələlər də gündəlikdədir.

Geri qayıt