Birxeber.az / Rahil Məmmədovun yeni komandasının rəqibləri müəyyənləşib

Rahil Məmmədovun yeni komandasının rəqibləri müəyyənləşib

20-01-2024, 10:40

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun yeni komandası olan Polşa LKS-nin qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün Türkiyəyə yollanacaq Lodz təmsilçisi orada 4 sınaq matçı keçirəcək.

Pyotr Stokovieçin yetirmələri Qazaxıstanın “Atırau” (23 yanvar), Serbiyanın “Radniçki” (26 yanvar), Cənubi Koreyanın “Qanqvun” (30 yanvar) və Şimali Makedoniyanın “Struqa” (2 fevral) kollektivləri ilə qarşılaşacaqlar. “Qarabağ”dan LKS-ə keçən Rahil Məmmədovun bu gün komandaya qoşulması gözlənilir.

Qeyd edək ki, LKS Polşa Ekstraklasasında 18 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşır.

Geri qayıt