Birxeber.az /  Azərbaycan Türkiyə müdafiə nazirinin müavinini medalla təltif edib

 Azərbaycan Türkiyə müdafiə nazirinin müavinini medalla təltif edib

27-02-2024, 16:40

Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Medalı fevralın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Ş.Alpaya təqdim edib.

Qeyd edək ki, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay Bakıda səfərdədir. O, Z.Həsənovla görüşüb.

Geri qayıt