Birxeber.az / Əhliman Əmiraslanov: Bədxassəli şişlərin 35-40 %-i keyfiyyətsiz qidalanma ilə bağlıdır

Əhliman Əmiraslanov: Bədxassəli şişlərin 35-40 %-i keyfiyyətsiz qidalanma ilə bağlıdır

27-02-2024, 15:40

Bədxassəli şişlərin yaranmasının 35-40 %-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.

Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var: “Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.

Geri qayıt