Birxeber.az / Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib

Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib

10-11-2022, 13:00

"Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!"

Geri qayıt