Birxeber.az / "Qarabağ"ın avrokuboklarda əldə etdiyi gəlir bəlli olub

"Qarabağ"ın avrokuboklarda əldə etdiyi gəlir bəlli olub

27-02-2024, 14:50

Bu mövsüm avrokuboklarda ən çox mükafat qazanan klublar bəlli olub.

Apasport.az xəbər verir ki, “Qarabağ” bu göstəricidə ilk 50 komanda arasında yer alıb.

Çempionlar Liqasında mübarizəyə başlayan Ağdam klubu Avropa Liqasında 1/8 finala vəsiqə qazanaraq 10 milyon 482 min avro gəlir əldə edib. Beləliklə, təmsilçimiz 47-ci pillədə qərarlaşıb.

"Qarabağ"ın 1/8 finaldakı rəqibi “Bayer” 13 milyon 790 min avro mükafat qazanaraq 34-cü olub.

Qeyd edək ki, cari mövsüm avrokuboklarda ən çox gəlir əldə edən komanda “Real Madrid”dir. İspaniya klubu 79 milyon 892 min 421 avro qazanıb.

Geri qayıt