Birxeber.az / Naxçıvan Qaz İstismar Xidmətində yoxlamalar aparılır

Naxçıvan Qaz İstismar Xidmətində yoxlamalar aparılır

27-02-2024, 12:50

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində yoxlamalar aparılır.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yoxlama Naxçıvan MR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət İdarəsi tərəfindən aparılır. Yoxlamanın məqsədi 2021-ci ilin yanvar ayından 2023-cü il dekabr ayının 31-dək olan dövrlərin maliyyə təsərrüfat fəaliyyətinin təftişidir.

Naxçıvan MR Qaz İstismar Xidməti məlumatı APA-ya təsdiq edib.

Geri qayıt