Birxeber.az / AMB yanvar ayı üçün vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

AMB yanvar ayı üçün vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

27-02-2024, 10:40

Bu ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankına (AMB) “Whatsapp” üzərindən 203 müraciət daxil olub.

“Birxeber.Az” bu barədə AMB-yə istinadən xəbər verir.

Bundan başqa, ötən ay quruma 1 381 nəfər yazılı müraciət edib, 5 821 zəng daxil olub ki, bunun da 1 629-u banklarla, 645-i sığorta, 1-i kapital bazarı və 3 546-sı isə digər məsələlərlə bağlı olub.

Həmçinin, yanvarda AMB-də 172 vətəndaş qəbul edilib.

Geri qayıt