Birxeber.az / Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb

Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb

27-02-2024, 09:40

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürüb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 2 tapança, 4 qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 105 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Geri qayıt