Birxeber.az / Alabamanın Baş prokurorunun ofisində partlayış olub

Alabamanın Baş prokurorunun ofisində partlayış olub

27-02-2024, 02:40

Alabamanın Baş prokuroru Stiv Marşall şənbə günü ofisində partlayıcı qurğunun işə düşdüyünü deyib.

Bu barədə “Birxeber.Az” “TASS”a istinadən xəbər verir.

“Fevralın 24-ü səhər saatlarında ofisin yerləşdiyi binada partlayıcı qurğu işə salınıb, xoşbəxtlikdən heç bir işçi xəsarət almayıb”, - Marşalın açıqlamasında bildirib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Geri qayıt