Birxeber.az / FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək

FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək

27-02-2024, 01:40

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) gələn ay dörd ölkədə sınaqdan keçiriləcək FIFA Seriyası adlı yeni beynəlxalq yoldaşlıq görüşləri turnirinə başlayıb.

“Report” xəbər verir ki, oyunlar 18-26 mart tarixlərində Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada baş tutacaq.

Hər ölkədə dörd komanda çıxış edəcək və onlardan hər biri iki oyun keçirəcək.

FİFA Seriyası

Əlcəzair

Komandalar: Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika

Azərbaycan

Komandalar: Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan

Şri Lanka

Komandalar: Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası

Səudiyyə Ərəbistanı

A qrupu: Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca.

B qrupu: Qvineya, Vanuatu, Bermud adaları, Bruney.

Qalib komandaya heç bir kubok və ya pul mükafatı verilməyəcək. FİFA səyahət xərclərini qarşılamaq niyyətindədir.

Geri qayıt