Birxeber.az / Markov: Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər

Markov: Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər

27-02-2024, 00:40

Xocalıda soyqırımı törədənlər hətta bir neçə onilliklər keçsə də, ədalətli məhkəmə qarşısına çıxarılmalıdır.

"Birxeber.Az"un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Ekspert qeyd edib ki, bu faciə göstərdi ki, Qarabağ münaqişəsində təkcə hüquqi deyil, həm də mənəvi həqiqət Azərbaycanın tərəfindədir.

"Xocalı faciəsi gələcək üçün böyük əhəmiyyət kəsb edirdi, çünki bütün Azərbaycan xalqını sadə aydın ideya ətrafında birləşdirdi. Bu ideya ondan ibarət idi ki, xalqı amansız düşməndən yalnız Azərbaycanın qalib gələn güclü ordusu qoruya bilər”, - S.Markov vurğulayıb.

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə mülki əhalini qoruyan deyil, həm də Qarabağın bütün ərazisini tamamilə azad edən ordu yaratdı.

"Bundan sonra dəhşətli soyqırımı qurbanlarının anım tədbirləri bilavasitə faciə baş verən yerdə - Xocalıda keçiriləcək”, - S.Markov əlavə edib.

Geri qayıt