Birxeber.az / Tərtərdə törədilən qətl hadisəsinin təfərrüatları məlum olub, faktla bağlı cinayət işi açılıb - YENİLƏNİB

Tərtərdə törədilən qətl hadisəsinin təfərrüatları məlum olub, faktla bağlı cinayət işi açılıb - YENİLƏNİB

26-02-2024, 21:40

Tərtərdə törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.

Baş Prokurorluqdan "Report"a bildirilib ki, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

20:18

Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

Geri qayıt