Birxeber.az / Tərtər sakinləri olan ata və qız bıçaqlanıb

Tərtər sakinləri olan ata və qız bıçaqlanıb

26-02-2024, 21:40

Azərbaycanda bıçaqlanma hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, rayon sakinləri, 27 yaşlı A.Mirzəyeva və onun atası 74 yaşlı Z.Əliyev mübahisə zəminində bıçaqlanıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən qızın həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt