Birxeber.az / "Şahdəniz" yatağının şərq-şimal cinahından hasilata başlanılıb

"Şahdəniz" yatağının şərq-şimal cinahından hasilata başlanılıb

26-02-2024, 19:50

BP şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının şərq-şimal cinahından hasilatın başlanıldığını elan edib.

"AP-Economics" şirkətə istinadən verdiyi məlumata görə, bu ilin əvvəllərinə planlaşdırılmış bu əlamətdar hadisə tam təhlükəsiz şəkildə yerinə yetirilib.

"Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilib", - məlumatda qeyd olunur.

Məlumata görə, yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 km uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli “Şahdəniz” qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.

Geri qayıt