Birxeber.az / Britaniya XİN başçısı bu gün Yaxın Şərq turnesinə başlayır

Britaniya XİN başçısı bu gün Yaxın Şərq turnesinə başlayır

24-01-2024, 12:40

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron bu gün Yaxın Şərq turnesinə başlayacaq.

“Birxeber.Az” “Sky nuys”a istinadən xəbər verir ki, o, İsrail, Türkiyə və Qətərə gedəcək.

D.Kameron hər üç ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq.

XİN başçısı Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu və Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşəcək.

Tərəflərin Qəzzadakı son durumu müzakirə edəcəkləri gözlənilir.

Geri qayıt