Birxeber.az / Biləsuvarda maşın aşıb, 5 nəfər xəsarət alıb

Biləsuvarda maşın aşıb, 5 nəfər xəsarət alıb

26-02-2024, 18:50

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Vəkilağa Əhmədağa oğlu Əbişovun idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada sürücü və 4 şərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, həmin istiqamətdə yolda təmir işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt