Birxeber.az / Biləsuvarda ağır yol qəzası baş verib, xəsarət alanlar var 

Biləsuvarda ağır yol qəzası baş verib, xəsarət alanlar var 

26-02-2024, 18:40

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Əbişov Vəkilağa Əhmədağa oğlu “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Nəticədə sürücü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt