Birxeber.az / "Real" klubu "Bavariya"nın müdafiəçisi ilə şifahi razılığa gəlib

"Real" klubu "Bavariya"nın müdafiəçisi ilə şifahi razılığa gəlib

26-02-2024, 18:40

İspaniyanın "Real" klubu Almaniya təmsilçisi "Bavariya"nın müdafiəçisi Alfonso Devislə şifahi razılığa gəlib.

"Birxeber.Az" "The Athletic"ə istinadən xəbər verir ki, hadisələrin inkişafı üçün iki variant var: kanadalı bu yay, ya da 2025-ci ilin yayında, Münhen komandası ilə müqavilə müddəti başa çatanda Madrid klubuna keçəcək.

23 yaşlı kanadalı futbolçu cari mövsüm "Bavariya"nın heyətində keçirdiyi 27 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı müdafiəçinin dəyərini 70 milyon avro qiymətləndirir.

Geri qayıt