Birxeber.az / Azərbaycan Prezidenti: Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq

Azərbaycan Prezidenti: Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq

26-02-2024, 17:40

Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Buna 30 il vaxt lazım olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradır”.

Geri qayıt