Əfqanıstanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfirliyin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana Harayı" abidəsini ziyarət edərək həlak olanların xatirəsini yad edib.