Birxeber.az / Azərbaycanın iki idmançısı lisenziya turnirinə yollanıb

Azərbaycanın iki idmançısı lisenziya turnirinə yollanıb

26-02-2024, 15:40

Azərbaycanın iki idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək kamandan oxatma üzrə reytinq xarakterli Dünya Təsnifat Turnirinə yollanıb.

Milli Paralimpiya Komitəsindən “Birxeber.Az”a verilən məlumata görə, Azadə Abdullayeva və Cahan Musayev adıçəkilən yarışda qüvvələrini sınayacaqlar.

Onlar kamandan oxatma növündə mübarizə aparacaqlar.

Turnir Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verir.

Qeyd edək ki, bu gün start götürən yarış martın 7-də başa çatacaq.

Geri qayıt