Birxeber.az / Yanvarın 26-da bütün sosial ödənişlər yekunlaşacaq

Yanvarın 26-da bütün sosial ödənişlər yekunlaşacaq

24-01-2024, 11:50

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Birxeber.Az-ya Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Geri qayıt