Birxeber.az / Azərbaycan parapauerliftinqçiləri BƏƏ-də reytinq xarakterli turnirdə iştirak edəcəklər

Azərbaycan parapauerliftinqçiləri BƏƏ-də reytinq xarakterli turnirdə iştirak edəcəklər

26-02-2024, 15:40

Azərbaycanın parapauerliftinqçiləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Kubokuna yollanıblar.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, yarışda ölkəni Pərvin Məmmədov (49 kq) və Ceyhun Mahmudov (54 kq) təmsil edəcək.

Qeyd edək ki, martın 7-də başa çatacaq turnir Paris-2024 Yay Paralimpiya Oyunları üçün reytinq xalı qazandırır.

Geri qayıt