Birxeber.az / İran səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

İran səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

26-02-2024, 13:50

İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bununla bağlı diplomatik missiyanın "X" hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir", - paylaşımda qeyd olunub.

Geri qayıt