Azərbaycan Türkiyə və Rusiyada turizm nümayəndəlikləri açacaq

Azərbaycan Türkiyə və Rusiyada turizm nümayəndəlikləri açacaq

Bu il Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliklərinin açılması planlaşdırılır.

"Birxeber.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.

Bundan başqa, o deyib ki, bir sıra ölkələrdə təmsilçilik xidmətləri əldə ediləcək: "Biz tender elan etmişik ki, Çində, Yaxın Şərq və digər ölkələrdə təmsilçilik xidmətləri əldə edək. Koronavirus (COVID-19) pandemiyasından əvvəl bizdə belə bir təcrübə var idi. Hansısa tərəfdaşlar bizim xarici ölkələrdə nümayəndəlik funksiyalarını yerinə yetirirdilər. Amma bu, nümayəndəlik deyil, nümayəndəlik xidmətidir. Agentlik bu il yenidən o təcrübəyə qayıdır. Tenderin nəticəsi məlum olandan sonra biz ictimaiyyətə məlumat verəcəyik. Çalışacağıq ki, yaya qədər bu məsələ həllini tapsın".