Azərbaycan şahmat millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Azərbaycan şahmat millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib.

“Report”un Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən məlumatına görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində sınaq xarakterli görüşdə iştirak edəcəklər.

Millimiz bu məqsədlə artıq Gürcüstana yollanıb. Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriləri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsi olacaq yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq.