Salvador Prezidenti Sorosu yerli medianı maliyyələşdirməkdə ittiham edib

Salvador Prezidenti Sorosu yerli medianı maliyyələşdirməkdə ittiham edib

Salvador Prezidenti Nayib Bukele macarəsilli amerikalı investor və xeyriyyəçi Corc Sorosu qlobal gündəmi təhrif etmək üçün medianı maliyyələşdirməkdə, habelə ölkəsindəki hökumət siyasətini və qanunlarını diktə etməkdə ittiham edib.

“Report” xəbər verir ki, N.Bukele uzun müddətdir ki, Sorosu “Açıq Cəmiyyət” Fondu vasitəsilə Salvadorda təsir manipulyasiyasına görə tənqid edib.

“Niyə Soros özünü gündəmini yeritmək hüququna malik şəxs hesab edir?”, - Merilenddə (ABŞ) keçirilən illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında bildirib.

Prezident həmçinin bir neçə solçu Salvador nəşrini ona qarşı qarayaxma kampaniyası aparmaqda ittiham edərək, onların da Soros tərəfindən maliyyələşdirildiyini iddia edib: “Bütün Latın Amerikası ölkələrində Sorosdan maaş alan media və “jurnalistlər” var. Onlar əslində jurnalist deyillər, onlar konkret və təhrif olunmuş qlobal gündəmi olan siyasi fəallardır”.