Numan Kurtulmuş Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, paylaşımda deyilir:
“1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, yaşlı və qadın, bütün qardaş və bacılarımızın xatirəsini rəhmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm. Azərbaycanlı qardaşlarımızı hər zaman xeyirlə xatırlayacağıq”.