Britaniya XİN başçısı: Qərb Ukraynanı kifayət qədər dəstəkləmir

Britaniya XİN başçısı: Qərb Ukraynanı kifayət qədər dəstəkləmir

Qərb Ukraynanı kifayət qədər dəstəkləmir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri David Kameron deyib.

O bildirib ki, Ukraynanın kifayət qədər silah-sursatı yoxdur: “Kiyevin ABŞ-nin dəstəyinə ehtiyacı var. Ukraynaya daha çox maliyyə və silah lazımdır”.

“Biz sözlərimizə sadiq olmalıyıq”, - nazir əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.

Ukrayna Prezident Ofisinin müşaviri yanvarın 27-də deyib ki, Rusiya artıq genişmiqyaslı hücumlar təşkil etmək iqtidarında deyil. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, müharibə yaxın vaxtda qələbə ilə başa çatacaq. Bir çox Qərb rəsmiləri davam edən döyüşlərin Rusiya-NATO savaşına səbəb ola biləcəyini iddia edirlər.