“Bir səfərin izi ilə - Yaponiya” sənədli filminin təqdimatı olub

“Bir səfərin izi ilə - Yaponiya” sənədli filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfərinə həsr edilən “Bir səfərin izi ilə - Yaponiya” sənədli filminin təqdimatı keçirilib.

“Birxeber.Az” xəbər verir ki, ekran işində Ulu Öndərin 1998-ci ildə Yaponiyaya baş tutmuş ilk rəsmi səfərinin maraqlı məqamlarından bəhs olunur.

Çəkilişlər Tokio və Kioto şəhərlərində aparılıb. Layihənin rəhbəri azərbaycanlı səyyah Azər Qərib təqdimat zamanı bildirib ki, film izləyiciləri H.Əliyevin ziyarət etdiyi Yaponiyanın tarixi şəhərlərinə aparır, rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Yaponiyanın iki tarixi şəhərində heyrətamiz səyahətə çıxır.

İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev və Violetta Matsue, montaj mütəxəssisi Elmar Tarıyeloğlu daxildir.

A.Qəribin sözlərinə görə, Ümummilli Liderin digər səfərləri barədə də oxşar mövzuda maraqlı detallar film formatında lentə alınacaq. Buna qədər isə layihə çərçivəsində İtaliya səfəri barədə film hazırlanıb.

Qeyd edək ki, layihə “Azərbaycan Hava Yolları”nın baş sponsorluğu ilə reallaşıb.