Braziliyanın keçmiş prezidenti mitinqə minlərlə insanı toplayıb

Braziliyanın keçmiş prezidenti mitinqə minlərlə insanı toplayıb

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru dövlət çevrilişi üzrə cinayət işində məhbusları dəstəkləmək üçün San Pauluda bir neçə min insanı aksiyaya toplayıb.

“Report” bu barədə “G1” portalına istinadən xəbər verir.

"Bolsonaru yanvarın 8-də Paulista prospektində (San Paulonun mərkəzində) dövlət çevrilişi ilə bağlı məhbuslara amnistiya elan edilməsini dəstəkləyib. Nümayiş Bolsonarunun təşəbbüsü ilə çağırılıb”, -KİV qeyd edib.

“Mən sülh axtarıram. Bu gün Braziliyada ədalətin bərqərar olması üçün 513 deputat və 81 senatordan amnistiya tələb edirəm”, - Bolsonaru deyib.

Eks-prezident dövlət çevrilişinə cəhdlə heç bir əlaqəsinin olmadığını bir daha iddia edib.