Zelenski: "Ukrayna say üstünlüyünə malik olmasa, ərazilərini itirməkdə davam edəcək"

Zelenski: "Ukrayna say üstünlüyünə malik olmasa, ərazilərini itirməkdə davam edəcək"

Ukrayna Prezidenti Vladimir Zelenski silahlı qüvvələrdə canlı qüvvə sarıdan çatışmazlıqların olduğunu bildirib.

Birxeber.Az xəbər verir ki, bu barədə ukraynalı lider mətbuat konfransında bildirib.

"Rusiya ordusu ilə qüvvələr 7:1 nisbətindədir. Rusları geri çəkmək üçün qüvvələr nisbəti 1:1,5 olmalıdır. Canlı qüvvə itirməmək strateji baxımdan çox vacibdir" deyə o bildirib.

Zelenski etiraf edib ki, Ukrayna say üstünlüyünə malik olmasa, ərazilərini itirməkdə davam edəcək.

"100 metr, 50 metr itirəcəyik", - deyə o qeyd edib.