Tanzaniyada yol qəzasında onlarla insan ölüb

Tanzaniyada yol qəzasında onlarla insan ölüb

Tanzaniyanın şimalında baş verən qəzada aralarında Keniya, ABŞ və Cənubi Afrika vətəndaşları da daxil olmaqla, azı 25 nəfər həlak olub.

"Birxeber.Az"un məlumatına görə, bu barədə "Agence France-Presse"məlumat yayıb.

Qeyd edilir ki, Aruşa-Namanqa magistral yolunda yük maşını ilə üç minik avtomobilinin toqquşması zamanı daha 21 nəfər yaralanıb.

Tanzaniya Prezidenti Samiya Suluhu Hasan qəza ilə bağlı başsağlığı verib.