Türkiyə səfiri: Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik

Türkiyə səfiri: Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik

Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb.

“Bitməyən ağrı Xocalı Soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür.