Azərbaycan fiqurlu konkisürəni beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan fiqurlu konkisürəni beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev İtaliyanın Merano şəhərində keçirilən “Merano Ice Trophy” turnirində ikinci yeri tutub.

“Birxeber.Az”un məlumatına görə, idmançı 228.57 xal toplayaraq, bu uğura nail olub.

Beynəlxalq yarışda 9 ölkədən 11 idmançı iştirak edib.