İsrail ordusu “Hizbullah”ın hədəflərinə cavab zərbələri endirib

İsrail ordusu “Hizbullah”ın hədəflərinə cavab zərbələri endirib

İsrailə məxsus qırıcı təyyarələr ölkə ərazisinə raket və mərmi atılmasına cavab olaraq Livandakı Hizbullah hərəkatının bir qrup radikal və hərbi hədəflərinə hücum edib.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Son saatlarda Livandan Marqaliot, Kiryat Şmon, Manara və Malkiya yaşayış məntəqələri, eləcə də İsrailin şimalındakı Dov dağları ərazilərinə raket və mərmilər atılıb. Pilotsuz uçuş aparatı Blida rayonunda "Hizbullah"ın hərbi düşərgəsini tərk edən terror dəstəsini aşkarlayıb. İsrail qırıcıları bölgədəki terror dəstəsinə və daha iki hərbi obyektə zərbələr endirib”, - məlumatda bildirilir.

Bundan əlavə, İsrail ordusu Livanda atəşin açıldığı ərazilərə də zərbələr endirib.