Gürcüstanın elm və təhsil naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın elm və təhsil naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın elm və təhsil naziri Qiorqi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 24-də Azərbaycana səfərə gəlib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, o, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək, Azərbaycanın elm və akademik dairələrində olacaq.

Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.