Azərbaycan güləşçisi: "Bakıda kuboku qazanmaq üçün mübarizə aparacağıq"

Azərbaycan güləşçisi: "Bakıda kuboku qazanmaq üçün mübarizə aparacağıq"

"Məğlubiyyətlər bu gündə qaldı. Sabah kuboku qazanmaq üçün mübarizə aparacağıq".

"Report"un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) Bakıda keçirilən Dünya Kubokunda gürcüstanlı Leri Abuladzeyə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışa ciddi hazırlaşdıqlarını bildirib: "Əsasən aşağı çəkilərdə problem olacağını gözləyirdik. Arif Niftullayev və Sabah Şəriətinin qələbəsinə ümid edirdik. Amma elə olmadı. Yəqin ki, səhvlərini analiz edəcəklər. Əsas odur ki, finala yüksəldik".

Məmmədov finalda qarşılaşacaqları İran yığmasından çəkinmədiklərini söyləyib: "Onların rəqiblərindən Qırğızıstan Bakıya 3-cü heyətlə gəlib. Amma Türkiyəni məğlub edəcəklərini gözləmirdik. İdmanda hər şey olur. Son Avropa çempionlarının uduzması türkləri pis vəziyyətdə qoydu".

Qarşı tərəfdən rəqibinin U-23 dünya çempionatının son qalibi İman Məhəmmədi olduğunu xatırladan güləşçi təcrübəsindən istifadə edəcəyini vurğulayıb: "Ölkəmə qələbə qazandırmağa çalışacağam. Zəfərimi bizi dəstəkləyən xalqımıza həsr etmək istəyirəm. Döşəyə məhz bunun üçün çıxacağam".

Məmmədov final görüşü üçün heyətdə dəyişikliklər olacağını istisna etməyib: "Əslində bunu məşqçilər edir. Çox güman ki, 60 kq-da dəyişiklik olacaq. Murad Məmmədov ayağından ağır zədə aldı. Digər çəki dərəcələrini bilmirəm".

Futbol Futbol
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Türkiyə yığması 10 qolla qalib gəlib

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Türkiyə yığması 10 qolla qalib gəlib

Futbol Futbol
Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"

Qurban Qurbanov: "Hakimlər kənarda qalıb, VAR sistemi işləyir"

Futbol Futbol
Murad Musayev: "İki tur böyük nəticələr çıxarmaq üçün çox azdır"

Murad Musayev: "İki tur böyük nəticələr çıxarmaq üçün çox azdır"

Futbol Futbol
Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​

Futbol Futbol
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Vest Hem”ə uduzub

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Vest Hem”ə uduzub

Futbol Futbol
Tanınmış futbolçu canlı yayım zamanı mini aritmiya keçirib

Tanınmış futbolçu canlı yayım zamanı mini aritmiya keçirib

Futbol Futbol
Çempionlar Liqası: "Qarabağ" və "Rakuv"un start heyətləri bəlli olub

Çempionlar Liqası: "Qarabağ" və "Rakuv"un start heyətləri bəlli olub

Futbol Futbol
Salah avrokuboklarda Cerrardın rekordunu qırıb

Salah avrokuboklarda Cerrardın rekordunu qırıb

Futbol Futbol
İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

Futbol Futbol
“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

Futbol Futbol
“Araz-Naxçıvan”ın futbolçusu: “Ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm”

“Araz-Naxçıvan”ın futbolçusu: “Ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm”

Futbol Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" "Lids"i darmadağın edib

İngiltərə Premyer Liqası: "Liverpul" "Lids"i darmadağın edib