Gürcüstanda Xocalı soyqırımının ildönümnə həsr olunmuş şahmat çempionatı keçirilib

Gürcüstanda Xocalı soyqırımının ildönümnə həsr olunmuş şahmat çempionatı keçirilib

Gürcüstanın Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” (GAİM) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümnə həsr olunmuş şahmat çempionatı keçirilib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, yarışda 6-9 və 10-15 yaş qrupunda 48 şahmat həvəskarı iştirak edib.

İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov Xocalı faciəsi barədə ətraflı məlumat verib. Bildirib ki, qanlı faciədən 32 il keçir. Lakin, xalqımız faciə qurbanlarının xatirəsini heç zaman unutmayıb və unutmayacaq.

Faciə qurbanlarının xatirəsi təkcə Azərbaycanda deyil, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə anılır. Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri və müxtəlif idman yarışları da təşkil olunur.

Sonra turnirə start verilib.

Yarışda birincilik uğrunda Marneuli bələdiyyəsində fəaliyyət göstərən “GAİM”, “Çay Evi” (Tea House) və Kürtlər kəndində fəaliyyət göstərən tədris mərkəzinin şagirdləri mübarizə aparıblar.

Yarışda 6-10 yaş qrupunda “Tea hause”un yetirmələri Amar Nəsibov birinci, Rafael Bayramov ikinci, Mate Kiparoidze üçüncü yerə çıxıblar.

Digər qrupda (10-15 yaş qrupu) mübarizə aparan gənc şahmatçılardan Əli Əliyev birinci, Hüseynəli Allahverdiyev ikinci, Renat Əsgərov (GAİM) isə üçüncü yerin qalibləri olublar.

Sonda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.