Bakıda köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb

Bakıda köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb

Bakıda çoxmərtəbəli yaşayış binasında köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzilldə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzillərə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2012-ci il təvəllüdlü M.R və 2021-ci il təvəllüdlü R.Y xilas edərək ailə üzvlərinə təhvil veriblər.