Azərbaycan basketbol millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb

Azərbaycan basketbol millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb.

“Birxeber.Az”un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Avropa zonası üzrə A qrupunun II turunda Kosovonu üstələyib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşmada yığmamız 87:77 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsveçrəyə (53:72) məğlub olub.