Qəbələdə avtobusla mikroavtobus toqquşub, Küveyt vətəndaşı xəsarət alıb 

Qəbələdə avtobusla mikroavtobus toqquşub, Küveyt vətəndaşı xəsarət alıb 

Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə "Mercedes Vito" da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Farah Alrefaei müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.

Faktla bağlı araşdırma aparılır.