Lerikdə minik avtomobili çaya aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Lerikdə minik avtomobili çaya aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Birxeber.Az-ya verilən xəbərə görə, nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

saat 14.25

Lerikdə minik avtomobili dərəyə aşıb.

Birxeber.Az-nın cənub bürosunun xəbərinə görə, hadisə bu səhər Lənkəran - Lerik yolunun 50-ci km-də qeydə alınıb.

Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi avtomobil hərəkətdə olarkən yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb.

Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir.

İlkin məlumatda hadisəyə səbəbin yolun qarlı və buzlu olduğu göstərilir.

Faktla bağlı araşdırma aparılır.