Umerov: Ukraynanın cari il üçün nəticə verəcək güclü planı var

Umerov: Ukraynanın cari il üçün nəticə verəcək güclü planı var

Ukraynanın cari il üçün nəticə verəcək güclü planı var.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşının Kiyevdə keçirilən “Ukrayna – 2024-cü il” beynəlxalq forumundan verdiyi məlumata görə, bunu çıxışı zamanı Ukrayna müdafiə naziri Rustem Umerov bildirib.

O, “sıçrayış üçün mümkün və mümkün olmayan hər şeyi etdiklərini” vurğulayıb:

“2024-cü il plan artıq hazırdır. Onun haqqında açıq danışmırıq. O, güclüdür, nəinki ümid verir, hətta 2024-cü ildə də nəticə verəcək. Tezliklə hamımız bunu görəcəyik”.