Lukaşenko yeddinci müddətə prezident olmaq istəyir

Lukaşenko yeddinci müddətə prezident olmaq istəyir

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

“Birxeber.Az” xəbər verir ki, dövlət başçısından Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı sitat gətirir.

“Onlara deyin ki, qatılacağam”, – Lukaşenko növbəti ildə keçiriləcəyi gözlənilən prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

O iddia edib ki, “dünyanın heç bir yerində Belarusdakı kimi açıq, ədalətli seçkilər yoxdur”: “Bizim üçün bayramdır! Biz səmimi və dürüst siyasət yürüdürük! Bizə sakit həyat lazımdır və bunun naminə hər şeyi edəcəyik!”.

Qeyd edək ki, Belarusda sonuncu prezidenti seçkiləri 2020-ci ildə keçirilib. Aleksandr Lukaşenko altı müddətdir ki, Şərqi Avropa ölkəsinin dövlət başçısıdır.